Xəbər lenti
Növbəti İran-ABŞ danışıqları bu tarixdə Pakistanda aparılacaq

İran və ABŞ arasında növbəti danışıqlar iyulun 11-də Pakistanda aparılacaq.
Manevr.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziyası öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Pakistanda keçiriləcək danışıqlarda İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi və nüvə məsələsi müzakirə ediləcək.
İran nümayəndə heyətinin tərkibi bu il fevralın 28-də ABŞ-İsrail hücumlarında həlak olan keçmiş lider dini lider Əli Xameneinin dəfn mərasimləri başa çatandan sonra - iyulun 9-da dəqiqləşdiriləcək.
İran və ABŞ arasında iyunun 14-də əldə edilən razılaşmaya əsasən, tərəflər İrana qarşı sanksiyaların ləğvi, Hörmüz boğazının statusu və nüvə məsələsi kimi məsələlərdə 60 gün ərzində danışıqlar aparacaqlar.
Sonuncu görüş fikir ayrılıqları səbəbindən baş tutmayıb.
21 iyunda İsveçrədə keçirilən danışıqlar İsrailin Livana davamlı hücumları, ABŞ-nin İranın dondurulmuş aktivlərini açıqlamaması və tərəflər arasında Hörmüz boğazının idarə olunması kimi məsələlərdə fikir ayrılıqları səbəbindən davam etdirilməyib.
Tərəflər arasında sonuncu görüş iyulun 1-də Dohada Qətər rəsmilərinin iştirakı ilə olub
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
İdman
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























