Xəbər lenti
Zelenski G7 və ABŞ-ı Rusiyanın Ukraynaya zərbələrini dayandırmağa çağırıb
Ukrayna Prezidenti Volodimir ZelenskiUkrayna Prezidenti Volodimir Zelenski ABŞ və G7 ölkələrini Rusiyanın Ukraynaya zərbələrinin qarşısını almaq üçün daha sərt addımlar atmağa çağırıb.
Bu barədə RBK-Ukrayna Zelenskinin "Telegram" kanalında yayımladığı məlumata istinadən xəbər verib.
Zelenskinin sözlərinə görə, Rusiya bir neçə Ukrayna bölgəsinə ardıcıl hava zərbələri endirib. O bildirib ki, Sumı şəhərində çoxmərtəbəli yaşayış binasına endirilən aviazərbə nəticəsində dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur.
Prezident qeyd edib ki, hazırda dörd nəfərin, o cümlədən bir uşağın həlak olduğu təsdiqlənib.
"Avropanın təzyiq göstərmək üçün kifayət qədər alətləri var. ABŞ və G7 tərəfdaşları Rusiyanın hücumlarını dayandırmaq üçün daha qətiyyətli addımlar atmalıdırlar", – deyə Zelenski vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































