Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Prezident tənqid etmişdi, indi də ölümlə təhdid olundu

Tarix: 30-06-2026 08:18     Baxış: 3105 A- / A+
Cənubi Koreya polisi Dünya Çempionatının qrup mərhələsində məğlub olan milli futbol komandasının geri qayıtmasına hazırlıqla bağlı əlavə təhlükəsizlik tədbirləri görür.

Komandanın istefa vermiş baş məşqçisi Hon Myon Bonun ünvanına səsləndirilən ölüm təhdidləri ilə bağlıdır.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, İnçxon hava limanında 160 polis və 25 təhlükəsizlik işçisi xidmət göstərir. Anonim istifadəçi onlayn forumda məşqçinin Cənubi Koreyaya gəldikdə öldürəcəyini elan edib.

Qeyd edək ki, Cənubi Koreya Dünya çempionatının açılış oyununda Çexiyaya qalib gəlib, lakin sonra Meksika və Cənubi Afrikaya məğlub olub. Üç xal isə pley-off mərhələsinə yüksəlmək üçün kifayət etməyib.

Hon turnirdən sonra Cənubi Koreya millisinin baş məşqçisi vəzifəsindən istefa verib. Komandanın uğursuz çıxışı ölkədə ciddi narazılıqla qarşılanıb.

Cənubi Koreya prezidenti də baş məşqçini kəskin tənqid edərək onun fəaliyyətini “səriştəsiz” adlandırıb. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar