Sizin Reklam Burada
Xəbər lenti
18-07-2026
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan İrəvanın ən qədim məhəlləsi ilə bağlı qərar verdi

Tarix: 27-06-2026 21:20     Baxış: 384 A- / A+
t%C9%99p%C9%99basi Ermənistan hökuməti İrəvanın mərkəzində yerləşən tarixi Təpəbaşı məhəlləsinin (ermənilər Kond adlandırır – red) bərpasını həyata keçirəcək.

Bu barədə Baş nazir Nikol Paşinyan məhəllə sakinləri ilə görüşü zamanı məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində küçələr, kanalizasiya sistemi və küçə işıqlandırması yenilənəcək. Hökumət sakinləri evlərindən çıxarmağı və ya tikililəri sökməyi planlaşdırmır.

Paşinyan bildirib ki, dövlət ev sahiblərinə daşınmaz əmlaklarını satmağı yalnız könüllü əsasda təklif edə bilər. Eyni zamanda, sakinlər istədikləri halda evlərini öz vəsaitləri hesabına bərpa edə bilərlər. Lakin tarixi abidə statusu daşıyan tikililərdə aparılacaq işlər Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə razılaşdırılmalıdır
Xatırladaq ki, İrəvanın ermənilər tərəfindən Kond adlandırılan ərazisi, şəhərin tarixi Təpəbaşı məhəlləsidir. İrəvanın günümüzə çatan yeganə tarixi nümunəsi sayılan bu qədim məhəllə XVII əsrdən bəri Azərbaycan memarlıq üslubunu, milli-mədəni irsini və İrəvan xanlığının izlərini özündə yaşadır. Azərbaycana məxsus sonuncu tarixi qalıq olması səbəbiylə qorunması üçün, o cümlədən mədəni soyqırım iddiaları ilə əlaqədar UNESCO-ya rəsmi müraciətlər edilib. globalinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar