Sizin Reklam Burada
Xəbər lenti
18-07-2026
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

Məktəblərdə İncilin tədrisi məcburi OLACAQ

Tarix: 27-06-2026 20:51     Baxış: 388 A- / A+
Məktəblərdə İncilin tədrisi məcburi OLACAQ
ABŞ-nin Texas ştatı dövlət məktəblərində yeni məcburi oxu proqramını təsdiqləyib.

Qərara əsasən, ingilis dili və ədəbiyyatı dərslərində İncilin seçilmiş hissələri məcburi tədris materialları siyahısına daxil ediləcək.

Texas Ştat Təhsil Şurası qərarı 9 lehinə, 5 əleyhinə səslə qəbul edib. Yeni proqramın 2030-cu ildən etibarən mərhələli şəkildə tətbiq olunacağı və 5 milyondan çox dövlət məktəbi şagirdini əhatə edəcəyi bildirilir.

Qərarı dəstəkləyənlər İncilin ABŞ-nin tarixi, mədəniyyəti və ədəbiyyatının öyrənilməsi baxımından mühüm mənbə olduğunu vurğulayırlar. Onların fikrincə, müqəddəs kitabdan seçilmiş mətnlərin tədrisi şagirdlərin ölkənin mədəni irsini daha yaxşı anlamasına kömək edəcək.

Bununla yanaşı, qərar ABŞ-də müzakirələrə səbəb olub. Tənqidçilər hesab edirlər ki, dövlət məktəblərində İncil parçalarının məcburi tədrisi ölkə Konstitusiyasında təsbit olunmuş din və dövlətin ayrılığı prinsipinə ziddir və digər dini inanclara mənsub və ya dinsiz şagirdlərin hüquqlarına təsir göstərə bilər.

Qeyd olunur ki, qərar şagirdləri dini ayinlərdə iştirak etməyə və ya ibadət etməyə məcbur etmir. Məcburilik yalnız İncilin seçilmiş hissələrinin ədəbiyyat və dil proqramı çərçivəsində tədris olunmasına aiddir. modern.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar