Sizin Reklam Burada
Xəbər lenti
18-07-2026
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

Azanı qadağan etməyə hazırlaşırlar

Tarix: 27-06-2026 08:44     Baxış: 393 A- / A+
azani-qadagan-etmeye-hazirlasirlar

Danimarka hökuməti ölkə üzrə azanın qanunla qadağan olunmasının mümkünlüyünü yenidən araşdırmağa hazırlaşır.

Danimarkanın immiqrasiya naziri Morten Bodskov bildirib ki, hökumət azanın qadağan edilməsinin hüquqi əsaslarının qiymətləndirilməsinə yenidən başlayacaq.

Nazir azanın Danimarkanın ictimai məkanında yerinin olmadığını deyib: “Azanın səsi Danimarkanın damlarından eşidilməməlidir. Danimarkada gəzərkən özünüzü İslamabadın bir hissəsində hiss etməməlisiniz”.

O, həmçinin ölkədə artan “islamlaşma”nın ictimai məkanı daha çox zəbt etdiyini irəli sürüb.

Bu, Danimarkada azanın qadağan olunması təşəbbüsünün son altı ildə üçüncü dəfə gündəmə gətirilməsidir. Oxşar təşəbbüslər 2020 və 2025-ci illərdə də müzakirə olunmuşdu.
Bununla belə, təşəbbüsün həyata keçirilməsi hüquqi çətinliklərlə üzləşə bilər. Çünki Danimarka Konstitusiyası dini ayinlərin açıq şəkildə icrasını təmin edən müddəaları özündə ehtiva edir.

Təxminən 6 milyon əhalisi olan Danimarkada 270 minə yaxın müsəlman yaşayır. Ölkədə fəaliyyət göstərən məscidlərin sayının isə təxminən 100 olduğu bildirilir. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar