Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

İsrail prezidentinin helikopteri quşlarla toqquşdu

Tarix: 25-06-2026 22:28     Baxış: 4124 A- / A+
İsrail Prezidenti İsxak Hersoqun göyərtəsində olduğu helikopter "Sarsılmaz qaya" əməliyyatında həlak olanların xatirəsinə həsr olunmuş dövlət mərasimindən qayıdarkən qəza enişi etmək məcburiyyətində qalıb.

Bu barədə "Ynet" portalına istinadən xəbər verir.

Hadisə helikopterin quşlarla toqquşmasından sonra baş verib. Helikopter İsrail Müdafiə Ordusunun (SAXAL) bazasına eniş edib, bundan sonra o, texniki yoxlamaya göndərilib. Prezident digər helikopterə əyləşərək planlaşdırılmış səfərini - həlak olmuş hərbi qulluqçunun ailəsinə baş çəkmək missiyasını davam etdirib.

"Xəsarət alan yoxdur, hər hansı zədələnmə qeydə alınmayıb. Standart prosedura uyğun olaraq, uçuş heyəti digər helikopterə keçirilib və uçuşu davam etdirib. Helikopter növbəti yoxlama və ən qısa zamanda yenidən xidmətə qaytarılması üçün Hərbi Hava Qüvvələrinin texniki xidmətinə təhvil verilib. Hadisənin təfərrüatı araşdırılır", - deyə ordudan bəyan edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar