Sizin Reklam Burada
Xəbər lenti
24-06-2026
23-06-2026
BÜTÜN XƏBƏRLƏR

13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq

Tarix: 24-06-2026 22:50     Baxış: 333 A- / A+

Almaniya hakimiyyəti 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq niyyətindədir.

Almaniyanın ailə naziri Karin Prien TikTok, Instagram və Snapchat kimi sosial media platformalarından müstəqil istifadə üçün minimum yaş həddini 13 olaraq təyin etməyi təklif edib.

Bu təşəbbüs uşaqları pornoqrafik məzmuna çıxış, onlayn təcavüz, eləcə də sosial platformalardan həddindən artıq istifadədən uzaqlaşdırmaq məqsədi daşıyır.

Nazir vurğulayıb ki, qaydalar Avropa İttifaqı səviyyəsində qəbul edilməlidir: "Avropa səviyyəsində addımlar atılmasa, Almaniyanın milli hüquqi mexanizmlər hazırlamağa başlayacaq".

Təklif olunan model sözdə "icazə mexanizmi"ni nəzərdə tutur. 13 yaşdan kiçik uşaqlar yalnız xüsusi uyğunlaşdırılmış və təhlükəsiz xidmətlərdən istifadə edə biləcəklər. 13-18 yaşlı istifadəçilər üçün potensial riskli funksiyaların standart olaraq söndürülməsi də daxil olmaqla, tədricən məhdudiyyətlər və qoruyucu tədbirlər sisteminin tətbiqi təklif olunur.

Təşəbbüs, onlayn platformaların tənzimlənməsi üçün 56 təklif təqdim edən Rəqəmsal Dünyada Uşaqların və Yeniyetmələrin Müdafiəsi üzrə Ekspert Komissiyasının tövsiyələrinə əsaslanır.

Komissiya qeyd edib ki, Almaniyada təxminən 300 min yeniyetmə sosial şəbəkələrdən asılılıqdan əziyyət çəkir.

Eyni zamanda, komitə yaş məhdudiyyətləri ilə bağlı konsensusa gələ bilməyib. Bəzi ekspertlər hesab edirlər ki, uşaqların internetə çıxışını tamamilə məhdudlaşdırmaq səmərəsiz ola bilər. Əsas istiqamət rəqəmsal təhsil və internetdən təhlükəsiz istifadə bacarıqlarının inkişaf etdirilməsi olmalıdır. moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar