Sizin Reklam Burada
Xəbər lenti
23-06-2026
22-06-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda əcnəbi tələbələrə qarşı qaydalar sərtləşdirilir

Tarix: 24-06-2026 08:35     Baxış: 332 A- / A+
Gürcüstanda əcnəbi tələbələrə qarşı qaydalar sərtləşdirilir
Əcnəbilərin Gürcüstana girişi, onların ölkədə qalması, yaşayış icazəsinin verilməsi və ölkədən çıxarılması ilə bağlı hüquqi mexanizmlərin dəqiqləşdirilməsini nəzərdə tutan "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanun layihəsi parlamentdə birinci oxunuşda qəbul olunub.

Gürcüstan hökumətinin qanunvericilik təşəbbüsünü daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze təqdim edib. Onun sözlərinə görə, təklif olunan qaydaya əsasən, əgər əcnəbi Gürcüstanda universitetə qəbul olmaq istəyirsə, ölkə hökuməti tərəfindən müəyyən edilmiş dil biliyini təsdiq edən sertifikat təqdim etməlidir. Bundan başqa, Milli İmtahan Mərkəzinə konkret hallarda xarici dil imtahanı təşkil etmək səlahiyyəti verilir.

Dəyişikliklərə əsasən, əgər əcnəbi tələbə Gürcüstanda təhsil alırsa, bir tədris ili ərzində qanunvericilikdə nəzərdə tutulmuş kreditlərin sayının ən azı üçdəbirini toplamalıdır.
Qanun layihəsinə görə, əgər əcnəbi şəxs tələbə statusunu 90 gündən artıq müddətə dayandırarsa, bu, onun yaşayış icazəsinin ləğv edilməsi üçün əsas olacaq. Həmçinin, əgər əcnəbi tələbə ölkəni 183 gündən çox müddətə tərk edərsə və bu, üzrlü səbəblə (məsələn, mübadilə proqramı və ya tibbi zərurət) bağlı olmazsa, bu da yaşayış hüququnun itirilməsinə səbəb olacaq.

Daxili işlər nazirinin müavininin sözlərinə görə, dəyişikliklər Gürcüstan vətəndaşı ilə nikaha daxil olduqdan sonra daimi yaşayış icazəsinin verilməsi məsələsinə də şamil edilir.

Xüsusilə, Cinayət Məcəlləsinə əlavə edilən yeni maddəyə əsasən, məqsədi ailə qurmaq deyil, əcnəbinin ölkədə qanuni yaşayış hüququ əldə etməsi olan saxta nikah bağlamaq, yaxud belə bir nikahda olmaq cəzalandırılacaq. azxeber.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar