Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
12-07-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada kişi yoldan keçənlərə atəş açıb

Tarix: 21-06-2026 22:36     Baxış: 378 A- / A+
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var

Rusiyanın Kareliya Respublikasının Petrozavodsk şəhərində bir kişi yaşayış binasının pəncərəsindən yoldan keçən şəxslərə atəş açıb. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Bu barədə yerli "Karelİnform" nəşri sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər yayıb.

Bildirilir ki, insident Lososinsk şossesində baş verib.

Məlumata görə, 38 yaşlı kişi yaşayış binasının dördüncü mərtəbəsindən küçədə hərəkət edən insanlara atəş açıb. Nəticədə 34 yaşlı iki kişi xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır, insidentin təfərrüatı hələlik açıqlanmayıb.

Qeyd edək ki, iyunun 20-də Rusiyanın Krasnodar şəhərində 19 yaşlı gənc ticarət mərkəzinin ziyarətçilərinə hücum edib. O, binada yerləşən çoxfunksiyalı mərkəzin otağına daxil olaraq bir neçə nəfəri bıçaqlayıb, daha sonra isə uşaq əyləncə mərkəzinə kustar üsulla hazırlanmış petarda atıb.

Saxlanılan şəxs istintaq zamanı hücumu sifariş əsasında törətmədiyini, "sadəcə yaşamaqdan bezdiyini" bildirib. Hücum edən şəxs hadisə şahidlərindən biri tərəfindən zərərsizləşdirilərək saxlanılıb. azxeber.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar