Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Tarix: 21-06-2026 13:14     Baxış: 3100 A- / A+


Məsud Pezeşkian, İran Prezidenti Məsud Pezeşkian, İran Prezidenti

İran-ABŞ danışıqların başlaması ilə Qətərdəki 6 milyard dollarımız sərbəst buraxılacaq.
Manevr.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu bu gün Pul və Bank Siyasəti üzrə 33-cü Konfransda çıxışı zamanı bildirib.
Məsud Pezeşkianın sözlərinə görə, ABŞ-ın mövqeyi əvvəlki dövrlə müqayisədə 180 dərəcə dəyişib və Vaşinqton artıq İran xalqının hüquqlarını nəzərə almamağın mümkün olmadığını qəbul edi: “Qarşıdakı danışıqlar iqtisadi canlanma, bazarların açılması və mövcud problemlərin həlli üçün olduqca əlverişli zəmin yaradır. Biz öz maliyyə resurslarımıza çıxış əldə etmək və onlar barədə müstəqil şəkildə qərar vermək imkanına malik olacağıq. Danışıqlar prosesinin başlanması ilə Qətərdə saxlanılan 6 milyard dollar həcmində vəsait azad ediləcək. İran uranın zənginləşdirilməsi hüququndan heç vaxt geri çəkilməyəcək və qarşı tərəf də bunu qəbul etməyə məcburdur. Ölkədə birlik və həmrəyliyin pozulmasına yönəlmiş çıxışlar edən şəxslər faktiki olaraq düşmənin maraqlarına xidmət edir və onun dəyirmanına su tökürlər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar