Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Braziliyada 12 yaşlı qızın ağlagəlməz əməli: Yeniyetməni uydurduğu yalana görə saxladılar

Tarix: 20-06-2026 08:37     Baxış: 389 A- / A+
Braziliyada valideynlər 12 yaşlı qızlarının qaçırılması barədə xəbər versələr də, sonradan bunun ailədən pul qoparmaq məqsədilə qurulmuş bir səhnələşdirmə olduğu üzə çıxıb.

Bu barədə "Odditycentral" nəşri məlumat yayıb.

Qeyd olunur ki, məktəbli qız valideynlərindən daha çox pul qoparmaq üçün özünü "qurban" kimi qələmə vermək istəyib, lakin sonda müttəhimlər kürsüsündə əyləşib.

Nəşrin məlumatına görə, gecə saatlarənda Braziliyanın Santa-Katarina ştatının İtayopolis şəhərindən 12 yaşlı qızın qaçırılması barədə məlumat daxil olub. Evdən yoxa çıxan qız valideynlərinə təhdid və amansız rəftara məruz qaldığını iddia edərək qaçırıldığına dair mesajlar göndərməyə başlayıb.

Valideynlər dərhal polisə müraciət ediblər və hüquq-mühafizə orqanları yeniyetmənin axtarışlarına başlayıb. Səhər saatlarında itkin düşən qız öldürülməməsi qarşılığında pul tələb olunduğunu uyduraraq, valideynlərinə mesaj yollayıb.

Bir neçə saatdan sonra polis onu İtayopolisin kənarındakı kənd evlərindən birində sağ-salamat tapıb.

Xüsusi təyinatlılar 12 yaşlı qızı xilas etməyə hazırlaşsalar da, ərazidə heç bir adam oğrusu aşkar edilməyib. Dindirmə zamanı qız valideynlərindən pul tələb etmək üçün bu oğurluq hadisəsini uydurduğunu etiraf edib.

Özünü zərərçəkmiş kimi göstərən yeniyetmə hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar