Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni mediası Misir Mərdanovdan yazdı

Tarix: 19-06-2026 21:33     Baxış: 389 A- / A+
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilicanda işgüzar görüşü diqqət çəkir. Bu, Birinci Qarabağ müharibəsindən sonra yüksək vəzifəli Azərbaycan rəsmisinin Dilicana ilk səfəri deyil.

Bunu erməni ekspert Voskan Sərkisyan yazıb.

O bildirib ki, illər əvvəl Azərbaycanın sabiq təhsil naziri də Ermənistana səfər edib:

“Həmin şəxs 1998-ci ildən 2013-cü ilə qədər Azərbaycanın təhsil naziri olmuş Misir Mərdanov olub. O, 3 oktyabr 1946-cı ildə Dilicanın Göyərçin kəndində anadan olub. 1997 və ya 1998-ci illərdə (əslində, 2001-ci ildə – red.) M.Mərdanov hansısa beynəlxalq konfransda iştirak etmək üçün İrəvana gəlib və atasının evini görmək istəyini bildirib. Ona bu fürsət verilib.

Mərdanov Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti ilə Ağavnavankda (Salah – red.) olub. Evdə yaşayanlar qonaq üçün yaxşı süfrə açıblar. Misir Mərdanov onların evində belə qonaqpərvər, mehriban insanların yaşamasından məmnunluğunu ifadə edib. O, bağlarından Bakıya aparmaq üçün iki ovuc torpaq götürüb. Geri qayıdarkən məktəbə də baş çəkib”.

V.Sərkisyan qeyd edib ki, Mərdanovların Salahdakı ata evi hələ də digərlərindən seçilir:

“Sabiq nazirin atası Cumayıl Mərdanov Salah kolxozunun sədri idi. Onların evi kolxoz sədrinə yaraşan ikimərtəbəli, Azərbaycan mavisi ilə bəzədilmiş bir ev idi. Sonradan bu ev İrəvan sakininə 8000 dollara satılıb”. globalinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar