Xəbər lenti
Köçəryanın ölkədən çıxışına icazə verilmədiyi bildirilib

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan atasının ölkədən çıxmasına icazə verilmədiyini açıqlayıb və bunu hakimiyyətin qanunsuz addımı adlandırıb.
Bu barədə Levon Köçəryan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ölkəni tərk etməsinə icazə verilməyib.
“Bu, hakimiyyətin növbəti qanunsuz addımıdır. Onların belə bir hərəkət etmək hüququ yoxdur. Biz əvvəlcədən məlumat vermişdik ki, o, bir neçə günlük ölkədən gedəcək. Bunu ona görə etmişdik ki, sonradan xalqı guya onun qaçdığı barədə yanlış məlumatlarla çaşdırmağa çalışmasınlar. Sadəcə olaraq, heç bir izahat vermədən buna mane oldular”, - deyə Levon Köçərya bildirib.
Onun çıxışı yerli televiziya kanalları tərəfindən canlı yayımlanıb.
Hadisə ilə bağlı Ermənistan hakimiyyətinin mövqeyi hələlik açıqlanmayıb. teleqraf.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































