Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda mitinq: Paşinyandan nə tələb olunur? - Şəkillər

Tarix: 12-06-2026 21:30     Baxış: 398 A- / A+
Ermənistanda mitinq: Paşinyandan nə tələb olunur? + VİDEO
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) daha bir seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib. Bu barədə komissiyanın mətbuat xidməti məlumat yayıb.

"Söhbət Ararat vilayətinin Abovyan kəndindəki (Artaşat icması) 12/13 saylı seçki məntəqəsindən gedir. Səsvermənin nəticələrinin ləğv edilməsinə səbəb məntəqədə 8 nömrəli bülletenin ("Milli Demokratik Qütb") olmamasıdır.

Seçki komissiyasının protokoluna əsasən, həmin məntəqədə səsvermədə 809 nəfər iştirak edib. Ən çox səsi "Vətəndaş Müqaviləsi" partiyası toplayıb – 602 səs. Müxalifətdə olan "Ermənistan" və "Güclü Ermənistan" blokları isə müvafiq olaraq 67 və 71 səs qazanıblar.

Əvvəllər MSK etiraf etmişdi ki, daha iki seçki məntəqəsində səsvermənin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək qanunsuzluqlar baş verib. Bununla əlaqədar keçirilən növbədənkənar iclasda həmin məntəqələrdən gələn səslərin etibarsız sayılması barədə qərar qəbul olunub.

Bu arada Ermənistan Mərkəzi Seçki Komissiyasının binası qarşısında "Çiçəklənən Ermənistan" partiyasının mitinqi keçirilir. Aksiyaya səbəb iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsidir ki, partiyanın fikrincə, bu addım onun parlamentə yolunu bağlayır.
"Nikol Paşinyan və "Vətəndaş Müqaviləsi" ilə hər hansı bir kompromis və ya əməkdaşlığı rəsmən istisna edirəm. Bizim Paşinyanla yalnız bir əməkdaşlığımız ola bilər – bu da onun istefa şərtlərinin müzakirəsidir", — deyə "Çiçəklənən Ermənistan" partiyasından deputatlığa namizəd və "Demokratik Alternativ" partiyasının lideri Suren Surenyants bəyan edib.

O hesab edir ki, digər müxalif qüvvələrin bu mitinqdə iştirakı qətiyyən məcburi deyil. Surenyants əlavə edib ki, onlar hələ dünən kifayət qədər adekvat reaksiya veriblər. Bununla belə, seçki hüququnun qorunması məsələsində konsolidasiya olunmaq (həmrəylik nümayiş etdirmək) lazımdır. azpolitka

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar