Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Çexiyada ana yenidoğulmuş körpəsini itlərə yedirdi

Tarix: 12-06-2026 08:19     Baxış: 4106 A- / A+
Çexiyada yenidoğulmuş körpənin ölümü ilə bağlı dəhşətli hadisə araşdırılır.

Bu barədə "Krimi-Plzen" nəşrinə istinadən xəbər verir.

Çexiyanın Kinşperk-nad-Ohrji şəhərində 35 yaşlı qadının qayınanası həyətyanı sahədə içərisində yenidoğulmuş körpəyə aid qanlı əl və ayaq qalıqları olan polietilen paketlər aşkar edib. Körpənin bədəninin digər hissələri isə hələ də tapılmayıb. Polis qalıqların itlər tərəfindən parçalanmış ola biləcəyini ehtimal edir.

Hadisə ilə bağlı anaya qarşı xüsusilə ağır qətl maddəsi ilə ittiham irəli sürülüb və o, həbs edilib. Məlumata görə, qadın həyat yoldaşı ilə birlikdə onun valideynlərinin evində yaşayırmış.

Qonşular qadının hamiləliyinin son mərhələsində olduğunu gördüklərini, lakin sonradan qarnının qəfil kiçildiyini bildiriblər.

Xidməti itlər ərazidəki zibil konteynerlərində və yaxınlıqdakı ərazilərdə axtarış aparsalar da, körpənin digər qalıqlarını tapmaq mümkün olmayıb.

Qadının təqsiri məhkəmədə sübuta yetirilərsə, onu 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar