Sizin Reklam Burada
Xəbər lenti
11-06-2026
10-06-2026
09-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda deputat seçilən Həsənov... - Qızı Türkiyə klubunun rəhbərliyindədir

Tarix: 11-06-2026 21:45     Baxış: 330 A- / A+
ermenistanda-deputat-secilen-hesenov
“Milliyyətcə yezidi kürdü, Ermənistan yezidi Kürd İcmasının rəhbəri Knyaz Həsənov bu ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasından milli azlıq nümayəndəsi kimi ardıcıl 4-cü dəfə deputat seçilib”.

Bu barədə siyasi şərhçi Kənan Rövşənoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 80-dən çox yaşı olan Knyaz Həsənov əvvəllər Azərbaycanın ünvanına hədələr səsləndirməklə yadda qalıb.

“Sən demə bu Knyaz Həsənovun qızı Narin Nadirova Diyarbəkirin “Amedspor” futbol klubunun İdarə Heyətinin üzvü imiş. N.Nadirova da elə-belə adam deyil: Qazaxıstan vətəndaşıdır, maliyyəçidir, “Home Credit Bank”a rəhbərlik edib, nüfuzlu şəxsdir.

Bilməyənlərin nəzərinə onu da çatdırım ki, “Amed” Diyarbəkir sözünə qarşı separatçı kürdlərin ortaya atdığı addır. Bu yaxınlarda Diyarbəkirdən olan keçmiş kürd deputat Altan Tan axırda dilə gəldi ki, əslində “Amed” sözü də kürd sözü deyil, qədim suryani dilindən gəlirmiş. Amma indi Diyarbəkir türk (Ağqoyunlu) adı olduğu üçün separatçı kürdlər onun əvəzinə “Amed” sözünü ortaya atıblar.

Mənə maraqlı gələn ermənistanlı yezidi kürd qadının “Amedspor” komandasının rəhbərliyində yer alması oldu. Bütün dolaşıq işlər həmişə gedir erməni məsələsinə çıxır”, - paylaşımda deyilir. qafqazinfo

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar