Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanıldı

Tarix: 10-06-2026 08:51     Baxış: 3116 A- / A+
Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburqda azərbaycanlı “qanuni oğru” kimi tanınan Yusif Əliyevi saxlayıb.

Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsindəki mənbə 54 yaşlı Əliyevin 2008-ci ildən beynəlxalq axtarışda olduğunu bildirib.

Mənbənin sözlərinə görə, o, iki və ya daha çox şəxsin qətli də daxil olmaqla bir sıra ağır cinayətlərdə ittiham olunur.

Bildirilib ki, Yusif Əliyev iyunun 9-da səhər saatlarında Sankt-Peterburqun Makarov sahilində yerləşən evlərdən birində saxlanılıb.

“Kommersant” qəzetinin məlumatına görə, Əliyev digər ittihamlarla yanaşı, cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda da təqsirləndirilir. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Nəşr yazır ki, 2009-cu ilin martında Yusif Əliyev və daha üç “qanuni oğru” Moskvada restoranlardan birində keçirilən kriminal toplantı zamanı hədə-qorxu yolu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılıblar.

Həmin əməliyyat zamanı Əliyevlə yanaşı, Azərbaycan əsilli kriminal avtoritetlər Əlibala Həmidov (Qoca Yasamalski) və Məmməd Hüseynov (Masallı Mamed), eləcə də Gürcüstanda anadan olmuş Teymuraz Faroyan da saxlanılıb.

Məlumata görə, Yusif Əliyev saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb və bundan sonra gizlənib. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar