Sizin Reklam Burada
Xəbər lenti
07-06-2026
06-06-2026
BÜTÜN XƏBƏRLƏR

Qalib Paşinyandan ilk açıqlamalar: “Tut ha tut” başlayır

Tarix: 08-06-2026 08:18     Baxış: 339 A- / A+
 Ermənistanda Parlament seçkilərində qələbəsini elan edən Baş nazir Nikol Paşinyan sərt açıqlamalar verib.

Paşinyan seçkilərdə əldə olunan nəticəni Ermənistanın davamlı inkişafını təmin edəcək tarixi qələbə adlandırıb və ölkədə möhkəm, institusional sülhün qurulacağını bildirib.

Baş nazir qısa müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə qeyri-rəsmi danışdığını da açıqlayıb.

Paşinyan çıxışında kriminal oliqarxiyanın cəzalandırılmalı olduğunu vurğulayaraq, bunun tezliklə baş verəcəyini deyib.
O, seçkilərdən sonra Ermənistanda hər hansı qarşıdurma gözləmədiyini bildirib. Paşinyanın sözlərinə görə, belə hallar adətən seçki saxtakarlığı olan ölkələrdə baş verir.

Baş nazir müxalifətin topladığı səslərin böyük hissəsinin seçici satınalınması yolu ilə əldə edildiyini iddia edib və Ermənistan xalqının “müharibə partiyası” adlandırdığı qüvvələrin hər hansı postseçki addımlarına imkan verməyəcəyini söyləyib.

Paşinyan xarici siyasətlə bağlı mövqeyinə də aydınlıq gətirib. O bildirib ki, Ermənistan həm Qərblə yaxınlaşma kursunu davam etdirəcək, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyətini və əməkdaşlığını inkişaf etdirəcək.

“Biz Rusiya və Avrasiya İqtisadi İttifaqına üzv digər ölkələrlə münasibətlərimizi inkişaf etdirəcəyik və İttifaq çərçivəsində əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyik”, - deyə Paşinyan bildirib.

Avropa İttifaqına üzvlük məsələsinə də toxunan baş nazir qeyd edib ki, hazırda Ermənistan özü hələ buna hazır deyil. Onun sözlərinə görə, əsas məqsəd ölkə üçün real seçim imkanları yaratmaqdır.

Paşinyan vurğulayıb ki, bunun üçün geniş islahatlar həyata keçirilməli, Ermənistan Avropa standartlarına uyğun səviyyəyə çatdırılmalıdır. O əlavə edib ki, ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı yekun qərarı Ermənistan xalqı referendum vasitəsilə verəcək.

Baş nazir həmçinin bildirib ki, gələcəkdə Avropa İttifaqının özü də genişlənmə siyasətini davam etdirib-etdirməmək barədə qərar verməlidir. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar