Sizin Reklam Burada
Xəbər lenti
06-06-2026
05-06-2026
BÜTÜN XƏBƏRLƏR

İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb

Tarix: 06-06-2026 18:51     Baxış: 335 A- / A+


İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıbİran Xarici İşlər Nazirliyi ABŞ-ın ötən gecə Sirik bölgəsi və Qeşm adasına hücumunu pisləyib.
Manevr.az-ın apa-ya istinadən məlumatına görə, Nazirliyin bəyanatında bu addımın 8 aprel tarixli atəşkəsin açıq şəkildə pozulması olduğu bildirilib.

Qeyd olunub ki, İran İslam Respublikasının silahlı qüvvələri özünümüdafiə hüququ çərçivəsində bu təcavüzkar addıma mütənasib və təsirli cavab verib və hücumun arxasındakı məqsədlərin həyata keçməsinə imkan verməyib.
Bəyanatda, həmçinin qeyd olunub ki, ABŞ-ın atəşkəsi təkrar pozması bu ölkənin nə gərginliyi azaltmaq, nə də sabitliyə qayıtmaq niyyətində olduğunu göstərir. Bildirilib ki, Vaşinqtonun macərapərəst addımları regionun təhlükəsizliyini ciddi risk altına qoyur və bu qanunsuz hərəkətlərin, eləcə də mümkün gərginləşmənin bütün nəticələrinə görə məsuliyyət ABŞ hökumətinin üzərində olacaq.
İran Xarici İşlər Nazirliyi "region ölkələrini mehriban qonşuluq prinsipinə riayət etməyə və təcavüzkar tərəflərin İran əleyhinə hücumlar üçün onların ərazisi və imkanlarından istifadə etməsinə yol verməməyə" çağırıb.
Nazirlik sonda BMT Baş katibi, Təhlükəsizlik Şurası və digər aidiyyəti beynəlxalq qurumlardan ABŞ-ın atəşkəsi pozması və qeyri-qanuni addımlarına dərhal və effektiv reaksiya vermələrini istəyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar