Sizin Reklam Burada
Xəbər lenti
18-07-2026
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib

Tarix: 06-06-2026 10:46     Baxış: 3111 A- / A+


ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı bazalarına raket zərbəsi endirdiyini bildirir.
Manevr.az apa-ya istinadən xəbərinə görə, SEPAH Sirik və Qeşm adasına hücumdan sonra ABŞ ordusunun regiondakı bazalarının Hərbi Hava Qüvvələrinin raketləri ilə hədəfə alındığını açıqlayıb.

SEPAH bəyanatda bu gün səhər saatlarında iki ABŞ tankerinin Hörmüz boğazından qanunsuz şəkildə çıxmağa cəhd etdiyini, xəbərdarlıqdan sonra onlardan birinin hədəfə alınaraq dayandırıldığını, digər qayda pozan gəmilərin isə geri qayıtdığını bildirib.
Bəyanatda qeyd olunub ki, bu hadisədən sonra ABŞ pilotsuz uçuş aparatları Qeşm adasında bir rabitə qülləsini və Sirikdəki bir qülləni iki mərmi ilə vurub.
SEPAH bildirib ki, ABŞ-ın bu təcavüzünə cavab olaraq Küveytdəki ABŞ hərbi hava bazası — Əli əs-Salim bazası və Bəhreyndə ABŞ-ın Beşinci Donanmasına məxsus mühüm obyektlər SEPAH Hərbi Hava Qüvvələrinin ballistik raketlərinin atəşinə məruz qalıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar