Sizin Reklam Burada
Xəbər lenti
03-06-2026
02-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Tarix: 03-06-2026 20:58     Baxış: 340 A- / A+
Türkiyənin Van vilayətində yaşayan 32 yaşlı azərbaycanəsilli Əhməd Cahanqard Takalo adlı şəxs marketdə alış-veriş edərkən maliyyə tarixinə düşəcək bir halla üzləşib. Alış-veriş zamanı onun bank kartı bloklanıb, bank hesabında 1 trilyon lirə gördüyü zaman isə həyatının şokunu yaşayıb.

Əhməd Cahanqard Takalo bank kartı kassada təsdiqlənmədikdən sonra bunun müvəqqəti sistem xətası olduğunu düşünüb və ən yaxın bank filialına gedib. Hesabdan çıxarışı nəzərdən keçirdikdə isə gözlərinə inana bilməyib.

Bank qeydlərində onun istifadə edilə biləcək balans bölməsində tam olaraq 999 milyard 999 milyon 999 min 999 lirə 99 quruş olduğu aşkarlanıb.

Təxminən 10 ildir Türkiyədə yaşayan Takalonun hesabındakı bu astronomik aktivlik bankın sistemlərində qırmızı siqnal verilməsinə səbəb olub.

Hadisə ilə bağlı dərhal səlahiyyətlilərə məlumat verilib, Türkiyədə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə maliyyə köçürmələrini real vaxt rejimində izləyən Maliyyə Cinayətləri Araşdırma Şurası (MASAK) birbaşa məsələyə müdaxilə edib. Qanuni qaydalara görə, Takalonun bank hesabları MASAK tərəfindən mənbəyi bəlli olmayan və şübhəli hesab edilən bu böyük məbləğdə pul səbəbindən dondurulub. Bank filialında baş verən hərəkətliliyi təsvir edən Takalo əməliyyatı icra edən məmurun təəccüb içində müdirini, müdirin isə öz növbəsində bank rəhbərini çağırdığını qeyd edib, bütün personalın ekran qarşısında böyük bir şok və təəccüb keçirdiyini bildirib.

Təxminən bir aydır hesablarından heç birinə daxil ola bilmədiyini və davam edən hüquqi proses səbəbindən bankın ona ətraflı məlumat verə bilmədiyini deyən gənc mühacir maraqdan bu pulun gücünü ölçmək üçün süni intellektdən istifadə etdiyini deyib.

"Bu pulla min stadion tikmək, doqquz yük maşını dolu qızıl külçə satın almaq və ya 300 000 əhalisi olan bir ölkə qurmaq olar", - deyə süni intellekt ona cavab verib.

Hesabda görülən bir trilyon lirəlik məbləğ cari məzənnə ilə hesablandıqda təxminən 21.8 milyard dollar kimi bir sərvətə bərabər olur.

Bu rəqəm milyarderlərin sərvətlərini hər il qlobal miqyasda siyahıya alan "Forbes World's Rich" siyahısının ("Forbes dünyanın ən varlı adamları siyahısı") parametrlərinə görə Takalonu dünyada ən varlı ilk 120 adam arasında yerləşdirmək üçün kifayət edir.

Maliyyə mütəxəssisləri və kibertəhlükəsizlik orqanları bu cür trilyon lirəlik hesab əməliyyatlarının əsasən bankların əsas məlumat bazalarında aparılan sınaq işləri əsnasında proqramlaşdırma kodu xətalarından və ya beynəlxalq maliyyə şəbəkələrində sistem sinxronizasiyasının pozulmasından qaynaqlana biləcəyinə diqqət çəkir.

Mütəxəssislər xatırladırlar ki, keçmişdə də dünya miqyasında oxşar səhvən milyarder olma halları baş verib. MASAK və məhkəmə orqanları tərəfindən aparılan ətraflı kiberaraşdırmadan sonra pulların sistematik şəkildə geri çəkiləcəyi və hesabların normal vəziyyətə qayıdacağı nəzərdə tutulur. Hadisə ilə bağlı başlanan genişmiqyaslı məhkəmə və inzibati araşdırma diqqətlə davam etdirilir. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar