Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın yük maşınları Rusiya ilə sərhəddən geri qaytarılır

Tarix: 02-06-2026 22:51     Baxış: 3136 A- / A+

Ermənistanın kənd təsərrüfatı məhsulları Gürcüstan-Rusiya sərhədindəki Lars keçid məntəqəsindən geri qaytarılır.

Rusiyaya kənd təsərrüfatı məhsullarını ixrac edə bilməyən yük maşınları kütləvi şəkildə Ermənistana qayıdır.

Rusiya Ermənistandan çiyələk, pomidor, bibər, xiyar, göyərti, gül, çəyirdəkli meyvələrin və balıq məhsullarının idxalını müvəqqəti olaraq məhdudlaşdırıb. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti olan "Rosselxoznadzor" təhlükəsizlik problemləri olduğunu, məhsulların AİB və Rusiyanın fitosanitar tələblərinə cavab vermədiyini açıqlayıb. "Rosselxoznadzor" qeyd edib ki, Ermənistan meyvələrinin Rusiyaya tədarükü zamanı pozuntuların sayı artıb ki, bu da Ermənistanda Kənd Təsərrüfatı Nazirliyinin ləğvinin nəticələrini göstərir. “Rosselxoznadzor”un açıqlamasında qeyd olunur ki, “Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyinin struktur problemləri olduğu və Kənd Təsərrüfatı Nazirliyinin ləğvindən sonra ona həvalə olunmuş vəzifələri yerinə yetirə bilmədiyi güman edilir.

Məhdudiyyətlər həmçinin AİB üzv dövlətlərinə tranzit üçün də tətbiq olunur.

Ermənistan Qida Təhlükəsizliyi Təftiş İdarəsi yalnız məhdudiyyətlər başlayandan bəri Rusiya tərəfi ilə danışıqların aparıldığını bildirir.

Rusiyaya ixrac məhdudiyyətləri səbəbindən Ermənistan istehsalçılarının artıq nə qədər ziyan çəkdiyi məlum deyil. teleqraf.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar