Sizin Reklam Burada
Xəbər lenti
01-06-2026
31-05-2026
BÜTÜN XƏBƏRLƏR

Medvedev Paşinyanı ölümlə HƏDƏLƏDİ

Tarix: 01-06-2026 23:16     Baxış: 228 A- / A+
Medvedev Paşinyanı ölümlə HƏDƏLƏDİ
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın həm Avrasiya İqtisadi İttifaqında qalmaq, həm də Avropa İttifaqına inteqrasiya kursunu eyni vaxtda davam etdirmək cəhdlərini tənqid edib.

Medvedev bu barədə paylaşımında yazıb.

O bildirib ki, Paşinyanın Ermənistanın hansı inteqrasiya birliyində yer almalı olduğu ilə bağlı referendum məsələsinə yanaşması ona Lev Trotskini xatırladır.

“Yoldaş Nikol, yoldaş Lev Trotskinin təhlükəli cığırı ilə gedib. Ermənistanın Aİİ-də, yoxsa Avropa İttifaqında qalması ilə bağlı referendum çağırışlarına cavab olaraq Trotskinin məşhur formulasını tətbiq edib: “Nə müharibə, nə sülh, ordunu isə buraxmaq”. Yəni referendum keçirməyəcəyik, bizi Aİ-yə çağırana qədər gözləyəcəyik, sonra isə Avropaya qaçacağıq”, - deyə Medvedev bildirib.

Rusiya rəsmisi əlavə edib ki, Ermənistan bu müddətdə Aİİ üzvlüyünün verdiyi üstünlüklərdən istifadə etməyə davam edir.

Medvedev, həmçinin Trotskinin siyasi yolunun faciəvi sonluqla bitdiyini xatırladaraq, Paşinyanın siyasətinə eyham vurub. moderin.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar