Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Putinin gizli ailəsi ilə bağlı qəribə iddia yayıldı

Tarix: 31-05-2026 23:39     Baxış: 396 A- / A+
“Sistem” layihəsinin araşdırmasına görə, Rusiya Prezidenti Vladimir Putinlə məşhur gimnast Alina Kabayevanın övladları xarici mütəxəssislər, o cümlədən almaniyalı dayələr tərəfindən böyüdülüb.

Söhbət 2015-ci il təvəllüdlü İvan və 2019-cu il təvəllüdlü Vladimir adlı iki oğlandan gedir.

Araşdırmada qeyd olunur ki, rəsmi sənədlərdə Putin və Kabayeva məxfilik naminə “ailə” və “valideynlər” kimi ümumi ifadələrlə göstərilib.

Bildirilir ki, 2017-ci ildən etibarən həmin ailə üçün təxminən 20-yə yaxın dayə çalışıb və onların arasında ən azı beş nəfər Almaniya vətəndaşı olub. Daxildə personalın bir hissəsini sadəcə “almanlar” deyə qeyd ediblər.

İddialara görə, dayələrdən biri İvana gəzinti, balıqçılıq və giləmeyvə yığımı zamanı alman sözləri öyrədib. Hətta 2019-cu ildə uşağın Milad bayramında rus dilində deyil, alman dilində mahnı oxuduğu bildirilir.

Məlumata görə, iş yüksək maaşlı olsa da, ciddi nəzarət altında həyata keçirilib: dayələr aylıq təxminən 8000 dollar maaş alıb, tibbi müayinələrdən keçib, gündəlik hesabatlar yazıb, iş zamanı telefon istifadə etməyib və sosial şəbəkələrdə heç nə paylaşmayıb. globalinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar