Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Şuşanın işğalına görə təltif olunan general mənzildən çıxarılır

Tarix: 31-05-2026 08:36     Baxış: 327 A- / A+
Ermənistanda general-mayor Armen Kaqramanyanın yaşadığı xidməti mənzillə bağlı məsələ məhkəmə müstəvisinə çıxıb.

Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi İnstitutunun sabiq rəisi, Qarabağın işğalında iştirak etmiş general-mayor Armen Kaqramanyana 2009-cu ildə verilmiş 57,7 kvadratmetrlik xidməti mənzilin boşaldılması barədə bildiriş göndərilib.

Bu barədə onun vəkili Roman Yeritsyan məlumat yayıb.

Vəkilin sözlərinə görə, Qarabağdan olan Armen Kaqramanyan müxtəlif illərdə artıq mövcud olmayan separatçı rejimin silahlı birləşmələrində və rəhbər strukturlarında müxtəlif vəzifələr tutub. Daha sonra Ermənistan Silahlı Qüvvələrində xidmətini davam etdirən Kaqramanyan 2015-ci ilin fevralından etibarən Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi İnstitutuna rəhbərlik edib.

Qeyd olunub ki, o, Ermənistan tərəfindən “Müqəddəs Vardan Mamikonyan” ordeni, “İgidliyə görə” medalı, “Şuşanın işğalına görə” medalı və II dərəcəli “Döyüş Xaçı” ordeni də daxil olmaqla 12 dövlət və qurum mükafatı ilə təltif olunub.

Armen Kaqramanyan 2018-ci ilin oktyabrında ağır xəstəliyə görə vəzifəsindən azad edilib və hazırda da müalicəsini davam etdirir.

Vəkil bildirib ki, sözügedən mənzil Armen Kaqramanyan və ailə üzvlərinin Ermənistan Respublikasındakı yeganə yaşayış yeridir.

Məsələ ilə bağlı Ermənistanın İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim olunub. İddiada Müdafiə Nazirliyindən həmin addımın atılmamasının təmin edilməsi tələb olunur. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar