Sizin Reklam Burada
Xəbər lenti
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Tehrandan Pekin açıqlaması: ABŞ və İran arasında qarant ola bilər

Tarix: 30-05-2026 17:11     Baxış: 374 A- / A+
Tehrandan Pekin açıqlaması: ABŞ və İran arasında qarant ola bilər
Pekin Vaşinqton və Tehran arasındakı münaqişənin həllində zamin rolunu öz üzərinə götürə bilər. 

Manevr.az xəbər verir ki, bunu İranın xarici əlaqələr üzrə strateji şurasının katibi Dehqani Firuzabadi ISNA-ya müsahibəsində bildirib.

"Çin razılaşmaların həyata keçirilməsinin qarantı ola bilər", -o qeyd edib.

Firazabadi həmçinin bildirib ki, Hörmüz boğazı İranın yeni strateji alətidir.
Onun sözlərinə görə, şərtlər Tehranı Hörmüz boğazı üzərində suveren nəzarəti həyata keçirməyimizi tələb edir. “Bu səbəbdən də Hörmüz  boğazı Tehranın təzyiq vasitələrindən biridir”, - Firuzabadi əlavə edib.

Bununla belə o qeyd edib ki, Hörmüz boğazında milli təhlükəsizlik və beynəlxalq naviqasiya azadlığı arasında tarazlıq yaratmalıdır. "Hörmüz boğazının hüquqi taleyini İran və Oman müəyyən edir", - o bildirib.

İranın Xarici Əlaqələr üzrə Strateji Şurası 2006-cı ildə İranın Ali Liderinin rəhbərliyi altında yaradılan beyin mərkəzi və yüksək səviyyəli məsləhət orqanıdır. O, xarici siyasət strategiyası hazırlayır və İran hökumətinə məsləhətlər verir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar