Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Polşa prezidenti naziri səfehlikdə ittiham etdi

Tarix: 29-05-2026 21:45     Baxış: 389 A- / A+
Polşa Prezidenti Karol Navrotski jurnalistlərlə görüşündə baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamışı səfehlikdə və öz işini yerinə yetirməməkdə ittiham edib.

Bu barədə Interia.pl internet portalı xəbər verir.

Dövlət başçısı müdafiə nazirinin mayın 28-də verdiyi bəyanata bu cür reaksiya verib. Nazir həmin bəyanatında "prezident dəftərxanasının dünyanın göbəyi olmadığını" və hökumətin hazırlanan bütün beynəlxalq müqavilələr barədə prezidenti öncədən məlumatlandırmaq məcburiyyətində olmadığını qeyd etmişdi.

Prezident və hökumət arasındakı münaqişənin növbəti mərhələsinə mayın 27-də Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Kir Starmer tərəfindən imzalanmış müdafiə və təhlükəsizlik haqqında saziş səbəb olub. Navrotski bu sənədin mətni ilə öncədən tanış edilməyib.
"Hökuməti bir daha məlumatlandırıram: əgər mənim nəyisə imzalamağımı istəyirsinizsə, imzalanacaq sənədin məzmunu barədə mənə məlumat verin", - deyə Navrotski bildirib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar