Sizin Reklam Burada
Xəbər lenti
27-05-2026
22:47
 
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyə sədri Günay həbs edildi -Şəkil

Tarix: 27-05-2026 20:42     Baxış: 333 A- / A+
Türkiyənin İzmir şəhərində hüquq-mühafizə orqanları tərəfindən yerli idarəetmə orqanına qarşı genişmiqyaslı korrupsiya əməliyyatı keçirilib.

 İzmir Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Güzelbahçe Bələdiyyəsində xüsusi əməliyyat reallaşdırılıb. İl Jandarma Komutanlığı qrupları tərəfindən bələdiyyə binasında və şübhəlilərin ünvanlarında geniş axtarışlar aparılıb.

Baş Prokurorluq bələdiyyə rəhbərliyinə qarşı irəli sürülən ittihamların kifayət qədər ciddi əsaslara söykəndiyini açıqlayıb. İstintaq materiallarına görə, əməliyyat "cinayət törətmək məqsədilə dəstə yaratmaq", "rüşvətxorluq", "vəzifə səlahiyyətlərindən sui-istifadə", "dövlətə ziyan vurma" və "şəhərsalma və tikinti qanunvericiliyinin pozulması" maddələri üzrə başlanılıb.
Əməliyyat çərçivəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan Güzelbahçe Bələdiyyəsinin hazırkı sədri Mustafa Günay, bələdiyyənin keçmiş sədri Mustafa İnce, bələdiyyə sədrinin həyat yoldaşı və Memarlıq və Şəhərsalma şöbəsinin müdiri də daxil olmaqla azı beş nəfər nəzarətə alınıb.

Jandarmadakı ilkin dindirmə və tibbi müayinə prosedurlarından sonra şübhəli şəxslər ədalət məhkəməsinə sövq ediliblər. Məhkəmənin qərarı ilə Güzelbahçe Bələdiyyəsinə rəhbərlik edən Mustafa Günay və bələdiyyənin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri Özgür Bayraktar barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Əməliyyat zamanı saxlanılan digər üç nəfər, o cümlədən keçmiş bələdiyyə sədri isə məhkəmə nəzarəti şərti və ölkədən çıxış qadağası qoyulmaqla sərbəst buraxılıblar. Hazırda prokurorluq tərəfindən faktla bağlı çoxşaxəli istintaq tədbirləri davam etdirilir.nocomment.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar