Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan sürətlə silahlanır: 2 milyardlıq yeni saziş...

Tarix: 27-05-2026 08:55     Baxış: 434 A- / A+
Ermənistan Hindistanla müdafiə sahəsində əməkdaşlığı fəal şəkildə genişləndirir.

Bu barədə “Tayms of İndia” qəzeti məlumat yayıb.

Məqalədə silahların alınmasının səbəbi kimi Ermənistanın müharibəyə hazırlaşması da dolayısı ilə vurğulanıb. Bildirilib ki, guya İrəvan “Azərbaycan-Pakistan-Türkiyə ittifaqından artan təhdidlər fonunda” silahlı qüvvələrini gücləndirmək üçün təxminən 2 milyard dollar dəyərində silah tədarükü müqavilələri imzalayıb.

“Bu addım Ermənistanın Ukraynadakı uzunmüddətli münaqişə səbəbindən Rusiyadan hərbi dəstəyin azalmasından sonra yeni təhlükəsizlik tərəfdaşları axtarmağa məcbur olması ilə əlaqədardır.

Əlaqələrin dərinləşdirilməsi çərçivəsində Ermənistan silahlı qüvvələrinin üç nəfərlik nümayəndə heyəti bu yaxınlarda Maharaştra ştatının Naşik şəhərindəki artilleriya məktəbini ziyarət edib. Ermənistan hərbçiləri Hindistanın təlim metodları haqqında məlumat əldə edib və canlı artilleriya atəşlərini müşahidə ediblər”, - məqalədə vurğulanıb.

Bundan əlavə, ötən ay Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Yeni Dehlidə Hindistan Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən Müdafiə Qərargahı rəisi general Anil Çauhan və Ordu Qərargahı rəisi general Upendra Dvivedi ilə yüksək səviyyəli danışıqlar apardığı xatırladılır.

Qeyd edək ki, Hindistan 2020-ci ilin 44 günlük müharibədən sonra Ermənistanın əsas müdafiə tərəfdaşlarından birinə çevrilib. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar