Xəbər lenti
Putinin ailəsi ilə bağlı gizli fakt üzə çıxdı: Babası bu kənddə...

Manevr.az xəbər verir ki, bu barədə TASS-a tarix üzrə fəlsəfə doktoru Mixail Qerşzon məlumat verib.
Araşdırmaçı alim bildirib ki, sənəd Tver vilayətində yerləşən Dudino kəndinin metrik kitabında tapılıb. Məlumata görə, Spiridon Putin ailəsinin Turqinovo kəndinin kilsəsinə bağlı olmasına baxmayaraq, Dudinodakı “İsa Məsihin Göyəqalxma” məbədində xaç suyuna salınıb.
Qerşzonun sözlərinə görə, araşdırma zamanı metrik kitablar, dini qeydiyyat sənədləri və əhali siyahıları öyrənilib. Bunun nəticəsində Putinin əcdadlarının doğum tarixləri, yaşadıqları yerlər və arxiv sənədləri dəqiqləşdirilib.
Tapılan qeyddə Spiridonun 1879-cu ilin dekabrında doğulduğu və xaç suyuna salındığı göstərilib. Sənəddə valideynləri “Pominovo kəndinin kəndlisi İvan Petrov və qanuni həyat yoldaşı Praskovya Matveyeva” kimi qeyd olunub. Xaç atası və xaç anası isə yaxın qohumları olub.
Tarixçi qeyd edib ki, həmin dövrdə uşaqlara adları valideynlər yox, keşişlər verirdi. Bundan başqa, kəndlilərin sənədlərində atasının adı “-viç” şəkilçisi olmadan yazılırdı. Bu səbəbdən “İvan Petrov” əslində “İvan Petroviç”, “Praskovya Matveyeva” isə “Praskovya Matveyevna” mənasını verir.
Araşdırma müəllifi bildirib ki, Putinin ata xətti üzrə əcdadları kəndli təbəqəsinə mənsub olub və onların gündəlik həyatı barədə arxivlərdə geniş məlumat qalmayıb. Çünki prezidentin qohumları Böyük Vətən Müharibəsindən əvvəl Tver vilayətini tərk ediblər.
Qerşzon əlavə edib ki, indiyədək Putinin nəsil şəcərəsi ilə bağlı tam elmi araşdırma aparılmayıb. Hazırda “Rosatom” əməkdaşı Aleksandr Lyubavin Dudino kəndindəki məbədin tarixi haqqında kitab hazırlayır. Yeni faktların prezidentin ailəsi ilə əlaqəni təsdiqlədiyi vurğulanır.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































