Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ermənistandan daha bir məhsulun idxalını dayandırdı

Tarix: 22-05-2026 21:43     Baxış: 4124 A- / A+
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") bikarbonat ionu, xloridlər və sulfatların həddindən artıq səviyyəsi aşkar edildiyi üçün Ermənistandan "Cermuk" mineral sularının idxalını dayandırmaq üçün müvəqqəti sanitar tədbir tətbiq edib.

Agentliyin rəhbəri Sergey Dankvert bunu "Rossiya 24" kanalında açıqlayıb.

Məlumata görə, məhsulların müalicəvi xüsusiyyətləri barədə yanlış məlumatlar səmərəsiz müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər. Qeyd olunur ki, məhsul etiketdə göstərilən məlumatlara uyğun gəlmir.

Bundan başqa, "Rosselxoznadzor" Ermənistandan gələn meyvə-tərəvəz təchizatı ilə bağlı problemlər barədə məlumat verib.

Qeyd olunub ki, Rusiya müfəttişləri artıq yerindədir və istixanaları yoxlamağa davam edirlər. Qurum yoxlama başa çatdıqdan sonra əlavə qərarlar qəbul edəcək.

Xatırladaq ki ki, mayın 22-dən etibarən Rusiya Ermənistandan gül idxalını müvəqqəti olaraq məhdudlaşdırıb. Bu tədbirlər yoxlamalar başa çatana və nəticələr təhlil edilənə qədər qüvvədə qalacaq. Agentlik qərarı bazarı karantin məhsullarından qorumaq üçün zəruri hesab edib.

Statistikaya görə, Ermənistanın gül məhsulların 90%-dən çoxu Rusiyaya ixrac olunur. Keçən il Ermənistanın Rusiyaya gül ixracının həcmi təxminən 46 milyon dollar olaraq qiymətləndirilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar