Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
20-05-2026
BÜTÜN XƏBƏRLƏR

Portuqaliyada şok hadisə: ata-ana uşaqlarının gözlərini bağlayıb meşədə azdırdı

Tarix: 22-05-2026 16:22     Baxış: 331 A- / A+
Ölkəni şoka salan OLAY:  ata-ana uşaqlarının gözlərini bağlayıb meşədə azdırdı
Portuqaliyada 41 yaşlı Marin Russo və onun 55 yaşlı həyat yoldaşı Mark Ballabriqa uşaqlara qarşı qəddar rəftar şübhəsi ilə saxlanılıblar.
Xarici KİV bildirir ki, cütlük 5 və 3 yaşlı oğullarını gözləri bağlı vəziyyətdə meşədə tərk edib. Oğlanlar Alkaser-du-Sal və Komporta kurort şəhərləri arasındakı yol boyunca dolaşarkən tapılıblar.
Uşaqları yerli çörəkçi Artur Kvintaş aşkarlayıb. Onun sözlərinə görə, uşaqlar qorxu içində olublar, ağlayıblar və atalarını çağırıblar.
Böyük qardaş bildirib ki, valideynləri onları meşəyə apararaq “şeytanı qovmaq” üçün oyun oynayacaqlarını deyiblər. Uşaqların gözləri bağlanıb və onlara torpaqda basdırılmış bıçağı tapandan sonra sarğını çıxarmaq tapşırılıb.
Böyük uşaq böyüklərin göstərişinə uyğun olaraq torpağı qazmağa çalışıb. Daha sonra gözündəki sarğını çıxaranda anlayıb ki, qardaşı ilə birlikdə meşədə tək qalıb, valideynləri artıq gediblər.
Valideynlərin Fransa nömrəli avtomobili yaxınlıqdakı kafelərdən birinin yanında park edilmiş vəziyyətdə tapılıb. “CNN Portugal”ın məlumatına görə, Marin və Mark polis onlara yaxınlaşana qədər orada bir neçə saat keçiriblər.
Saxlanılarkən ana və ögey ata susmaq hüququndan istifadə ediblər. Polis məişət zorakılığı və azyaşlılara qarşı qəddar rəftar maddələri ilə cinayət işi açıb.
Hazırda uşaqlar sosial xidmət orqanlarının himayəsinə verilib və onların sağlamlığına təhlükə olmadığı bildirilir. Hüquq-mühafizə orqanları hadisənin bütün detallarını araşdırmaqda davam edir.lent.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar