Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Alkoqol asılılığının əlamətləri bilindi

Tarix: 21-05-2026 09:08     Baxış: 3149 A- / A+
Rusiyanın Tula şəhərindən olan psixiatr-narkoloq Yuliya Perminova alkoqol asılılığının yarandığını göstərən ilkin xəbərdarlıq əlamətlərini sadalayıb.

Bu barədə "RIA Novosti" agentliyinə müsahibəsində danışıb.

Yuliya Perminovanın sözlərinə görə, bu təhlükəli simptomların bir çoxunu insan özündə müstəqil şəkildə müəyyən edə bilər.

Həkim asılılığın formalaşdığını göstərən əsas halları belə qruplaşdırıb:

- Tezliyin artması və bəhanələr: İçki qəbulu tezliyinin artması (məsələn, ayda bir dəfə əvəzinə artıq həftədə bir dəfəyə keçmək) və spirtli içki qəbul etmək üçün durmadan yeni səbəblərin axtarılması;

- Psixoloji asılılıq: Qarşıdan gələn məclis və ya içki qəbulu haqqında düşündükdə əhvali-ruhiyyənin birdən-birə yaxşılaşması. İnsanlardan və ya deyilən tostlardan asılı olmayaraq, sadəcə içmək xatirinə prosesi davam etdirmək;

- Gizli və fərdi qəbul: Təklikdə, gizlicə və heç bir səbəb olmadan spirtli içki içmək istəyi;

- Yaddaş və davranış pozuntuları: Sərxoşluq zamanı davranış xarakterinin aqressivləşməsi və ya kəskin dəyişməsi, alkoqol qəbulundan sonra baş verən hadisələrin yaddaşdan silinməsi (amneziya).

Ekspert alkoqola qarşı emosional reaksiyanın dəyişməsini ən ciddi mərhələlərdən biri hesab edir:

"Əgər əvvəllər alkoqol insanı sadəcə "yaxşı hiss etdirirdisə", asılılıq yarandıqdan sonra o, "alkoqolsuz özünü pis hiss etməyə" başlayır. Sərxoşluq fonunda alınan yüngül xəsarətlər, sənədlərin, pulların və şəxsi əşyaların tez-tez itirilməsi, zaman və məkanda oriyentasiyanın pozulması da əlavə simptomlardır".

Narkoloq xəbərdarlıq edib ki, əgər insanda sadalanan əlamətlərdən ən azı üçü və ya daha çoxu eyni vaxtda müşahidə olunursa, vaxt itirmədən peşəkar mütəxəssisə müraciət etmək lazımdır. oxu.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar