Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Çarukyanın seçki platformasında Qarabağla bağlı bənd

Tarix: 20-05-2026 22:28     Baxış: 3171 A- / A+
Rusiyayönlü siyasətçi olaraq tanınan Qagik Çarukyanın sədrlik etdiyi müxalif Çiçəklənən Ermənistan Partiyası seçkiqabağı platformasını açıqlayıb.

Platformada Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı “xüsusi bənd” də yer alır və mətndə müharibəyə təşviq açıq-aydın hiss olunur.

Çiçəklənən Ermənistan Partiyası mətndə Qarabağı “Artsax” adlandırmaqla faktiki olaraq Azərbaycana qarşı torpaq iddiasını təsdiqləyir.

“Beynəlxalq hüquq və beynəlxalq mexanizmlər çərçivəsində geri qayıtmaq hüququ da daxil olmaqla, ədalətli və davamlı sülhün təmin edilməsi kontekstində Artsax ermənilərinin fundamental hüquqlarının tanınması və qorunmasının ardıcıl şəkildə təşviqi aparılacaq. Artsaxın mənəvi və mədəni irsinin qorunmasına yönəlmiş sistemli addımlar atılacaq”, - platformada bildirilib.

Eyni zamanda, partiya qalib gələcəyi təqdirdə xarici siyasət prioritetlərini də açıqlayıb:

“Rusiya ilə münasibətlər, o cümlədən əhəmiyyətli hərbi-texniki modernləşmə perspektivi strateji xarakter daşıyacaq, Türkiyə və Azərbaycanla isə praqmatik, balanslı münasibətlər inkişaf etdiriləcək”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryanı, Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanı və Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyanı “üçbaşlı müharibə partiyası” adlandırır və onları yeni müharibəni təşviq etməkdə günahlandırır. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar