Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı

Tarix: 19-05-2026 21:48     Baxış: 3160 A- / A+

Rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri və Ermənistan baş nazirliyinə namizəd Samvel Karapetyanın pasport faylında iş yeri kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Məlumat Mərkəzi qeyd olunub.

Bu barədə Rusiyanın “The Insider” nəşri məlumat yayıb.

“Karapetyanın 1999-cu ildə Kaluqada aldığı xarici (Rusiya) pasportla bağlı faylda “İş yeri” bölməsində Daxili İşlər Nazirliyinin “FSB Məlumat Mərkəzi” qeydi var”, - mənbə vurğulayıb.

Eyni mənbəyə görə, adətən FSB-nin nəzarəti altında işləyən əcnəbilər və ya ictimaiyyətə açıq olmayan məlumat verənlər belə işarələnir. Araşdırma müəllifi həmçinin Karapetyanın yaxın çevrəsindən bir mənbənin sözlərindən də sitat gətirib: “Samvel bura qədər heç vaxt siyasətə qarışmayıb və heç vaxt Kremlin incə maliyyə tələblərini rədd etməyib”.

Məlumatda bildirilib ki, ona son zamanlarda Ermənistanda siyasi proseslərə qoşulmaq və “Güclü Ermənistan” Partiyasını yaratmaq üçün güclü təzyiq göstərilib.

“The Insider” Samvel Karapetyanı Moskvanın iyunun 7-də keçiriləcək parlament seçkilərində Ermənistanda təsirini qorumağa çalışdığı fiqurlardan biri kimi təqdim edib. teleqraf.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar