Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Generalın nəvəsi qıza görə adam vurdu

Tarix: 16-05-2026 11:08     Baxış: 3142 A- / A+
Ermənistanda qalmaqallı cinayət hadisəsi baş verib.
Manevr.az xəbər verir ki, dünən Armavir bölgəsində silahlı insident olub. "Tert" saytı atışmanın qız üstündə baş verdiyini yazıb: "Saat 10:30 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Armavir Regional Polisi İdarəsinə azyaşlı oğlanın Vaqarşapat Tibb Mərkəzinə gətirilməsi barədə məlumat daxil olub. Onun bədəninin müxtəlif nahiyələrində kəsilmiş və deşilmiş yaralar olub. Həkimlər uşağın əməliyyat otağında olduğunu və baş verənləri izah edə bilmədiyini bildiriblər. Tibb işçiləri onun həyata qaytarılması uğrunda mübarizə apardığı vaxtda polis cinayətin qurbanına çevrilən şəxsin Eçmiədzin sakini 15 yaşlı S.P. olduğunu müəyyən edib".
Nəşr yazıb ki, hüquq-mühafizə orqanları əməkdaşları onu da müəyyən ediblər ki, həmin gün, təxminən saat 10:20-də Eçmiədzindəki Birinci Vazgen küçəsində 18 yaşlı Qapet G., 18 yaşlı Narek G. və xəstəxanaya aparılan 15 yaşlı S.P. arasında mübahisə baş veribmiş. Mübahisə zamanı dava iştirakçılarından biri, Kotayk bölgəsinin sakini, 18 yaşlı yeniyetmə əlindəki bıçaqla S.P.-nin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Mübahisə zamanı Qapet G. üstündə gəzdirdiyi tapança ilə bir neçə dəfə atəş də açıb. Polis həmin gəncləri, eləcə də cinayətdə istifadə edilmiş tapançanı aşkarlayıb.
Kriminal xəbər saytı olan "Şamşyan" nəşri isə yazıb ki, atəş açan şəxs general Manvel Qriqoryanın nəvəsi olub. O, Eçmiədzinin keçmiş meri, Manvel Qriqoryanın oğlu Karen Qriqoryan imiş: "Hüquq-mühafizə orqanları əməkdaşları onu da aşkar ediblərki, mübahisə qız üstündə baş verib".publika.az











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar