Sizin Reklam Burada
Xəbər lenti
14-05-2026
13-05-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən bahalı qəhvəsinin bir fincanının qiyməti AÇIQLANDI

Tarix: 15-05-2026 14:11     Baxış: 326 A- / A+
Dünyanın ən bahalı qəhvəsinin  bir fincanının qiyməti: Sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Trenddə olan raf qəhvəni və darçınlı kapuçinonu unudun. Dünyada elə bir içki var ki, onun bir fincanı müəllim maaşına və ya iki həftəlik ərzaq xərcinə bərabər ola bilər.
Manevr.az xəbər verir ki, Dubayda tarixdə ən bahalı qəhvə təqdim olunmağa başlayıb. Bu qeyri-adi içkinin bir fincanı 3600 dirhəmə (980 dollara) başa gəlir.
Bu qədər yüksək qiymətin səbəbi nədir?
Sirri qəhvə dənələrindədir. Bu qəhvə elit Geisha qəhvəsi növündən, daha dəqiq desək, onun ən nadir “Nido 7” xəttindən hazırlanır.
Qəhvənin yetişdirildiyi yer sadəcə eksklüziv deyil, demək olar ki, əfsanəvidir - Baru vulkanının qərbi Panama yamacları. Buradakı məhsul o qədər az olur ki, cəmi bir neçə kiloqram toplamaq belə çətin başa gəlir.
Bu limitli məhsuldan ilk fincanı özünə bron edən şəxs məhz Şeyx Məhəmməd bin Rəşid Əl Məktum olub. Ola bilsin, o sadəcə sakinlərinin qəhvəyə həqiqətən bu qədər böyük məbləğ xərcləməyə dəyib-dəymədiyini yoxlamaq istəyib.lent.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar