Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Hakan Fidan müharibə xəbərdarlığı etdi

Tarix: 12-05-2026 16:14     Baxış: 3159 A- / A+

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-İran danışıqlar prosesində çətin anların yaşandığını, amma hər iki tərəfin müharibəyə son qoymaq istədiyini bildirib.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, Qətər xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə mətbuat konfransında danışıb.
“Danışıqların bəzi mürəkkəb aspektləri var. Amma mən müsbət aspektlərdən danışmaq istəyirəm. Hər iki tərəf müharibəyə son qoymaq istəyir. Hörmüz boğazını açmaq və gəmilərin sərbəst hərəkətinin təmin edilməsi məsələsini həll etmək istəyirlər. Mövqe və niyyətləri budur. Problem bunun necə formalaşdırılması və kağız üzərində rəsmiləşdirilməsi ilə əlaqəlidir, yəni söhbət hər iki tərəfin bunu qəbul etməsi ilə bağlıdır. Hazırda tərəflər arasında mesaj mübadiləsi davam edir”, - Fidan vurğulayıb.
Türkiyə xarici işlər nazirinin sözlərinə görə, müharibəyə qayıtmaq yalnız dağıntıların miqyasını artıracaq:
“Hörmüz boğazından silah kimi istifadənin qarşısını almaq regional təhlükəsizlik, sabitlik və qlobal iqtisadiyyat üçün çox vacibdir. Bu baxımdan, təhlükəsiz keçidi təmin etmək və gələcəkdə mövcud vəziyyətə qayıtmanın qarşısını almaq üçün bütün səyləri dəstəkləyirik. Biz bu səylərdə iştirak edirik və prioritetimiz dinc və diplomatik həldir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar