Xəbər lenti
"Xoşbəxtlər ölkəsi"ndə abortların sayı durmadan artır
"Xoşbəxtlər ölkəsi" adlandırılan Finlandiyada hamiləliyin süni yolla pozulması hallarının sayı artıq üçüncü ildir ki, artmaqdadır.Bu barədə yerli "Yle" nəşri Milli Səhiyyə və Rifah İnstitutunun ("THL") göstəricilərinə əsaslanaraq məlumat yayıb.
Bildirilib ki, ötən il ərzində ölkə üzrə 9 mindən çox hamiləliyin dayandırılması əməliyyatı həyata keçirilib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 4% yüksəkdir.
Məlumata görə, 2010-cu illərdə müşahidə olunan davamlı azalmadan fərqli olaraq, 2022-ci ildən etibarən Finlandiyada abort hallarının artım tendensiyası qeydə alınır.
Mütəxəssisləri ən çox narahat edən məqamlardan biri qadınların təkrar abortlara daha çox müraciət etməsidir.
"THL"in məlumatına əsasən, ötən il həyata keçirilən prosedurların üçdə birindən çoxu daha əvvəl ən azı bir dəfə hamiləliyini sonlandırmış şəxslərin payına düşüb.
Eyni zamanda, bu qrupa daxil olan hər on qadından biri əvvəlki abort əməliyyatını məhz son iki il ərzində etdirib.
Qurum rəsmiləri artımın konkret səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirsələr də, bir neçə amilin eyni vaxtda rol oynaya biləcəyini istisna etmirlər.
Ekspertlər mövcud vəziyyəti qiymətləndirərkən, xüsusilə, iqtisadi amillərin əhəmiyyətini vurğulayırlar. Onların sözlərinə görə, əvvəlki illərdə müşahidə olunan azalma əsasən maarifləndirmə işlərinin gücləndirilməsi və qorunma vasitələrinin əlçatanlığı ilə bağlı idi. Lakin 2022-ci ildən etibarən bu müsbət tendensiya dəyişməyə başlayıb.
"THL" mövcud vəziyyəti nəzarətdə saxladığını və 2026-cı ilin payızında yayımlanacaq illik hesabatda daha geniş təhlil təqdim edəcəyini açıqlayıb.
Finlandiyanın Sosial İşlər və Səhiyyə Nazirliyi isə artım tendensiyasının davamlı xarakter alacağı təqdirdə müvafiq addımların atılacağını bəyan edib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































