Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla razılaşmışıq ki, delimitasiya hardan davam etdirilsin - Paşinyan

Tarix: 11-05-2026 22:39     Baxış: 487 A- / A+
Azərbaycanla razılaşmışıq ki, delimitasiya hardan davam etdirilsin - Paşinyan
Ermənistan və Azərbaycan arasında delimitasiya prosesinin şimaldan cənuba doğru davam etdirilməsi barədə razılıq mövcuddur.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 11-də jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında delimitasiya prosesi üçün hüquqi baza artıq formalaşıb.
Onun sözlərinə görə, 2024-cü ilin avqustunda imzalanmış və oktyabrda ratifikasiya edilmiş delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə uyğun olaraq, Alma-Ata Bəyannaməsi iki ölkə arasında delimitasiyanın əsas prinsipi kimi qəbul edilib.

“Bu o deməkdir ki, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı mövcud sərhədin iki ölkə arasında dövlət sərhədi kimi yenidən rəsmiləşdirilməsi ilə razılaşıblar”, - deyə baş nazir bildirib.

Baş nazir əlavə edib ki, delimitasiya prosesində əsasnamədə nəzərdə tutulan qarşılıqlı məqbul həllər tapıla bilər.

Paşinyan həmçinin bildirib ki, prosesin davam etdirilməsi barədə razılaşma artıq dərc olunub.

“Bizim artıq dərc edilmiş razılaşmamız var ki, delimitasiya şimaldan cənuba doğru aparılacaq. Aydındır ki, delimitasiyanın artıq həyata keçirildiyi ərazilərdə sərhəd rəsmiləşdirilməli və bu proseslər delimitasiya məntiqi çərçivəsində şəffaf şəkildə aparılmalıdır”, - deyə Paşinyan fikrini yekunlaşdırıb. modern.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar