Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Simonyandan Qarabağla bağlı şok: Bu, bizim üçün tələ idi!

Tarix: 10-05-2026 18:44     Baxış: 3109 A- / A+


Ermənistan Milli Parlamentinin sədri Alen Simonyan Qarabağ məsələsi ilə bağlı diqqətçəkən açıqlama verib.
Manevr.az globalinfo.az-a istinadən xəbər verir ki, Simonyan “DW”yə müsahibəsində Qarabağ məsələsinin Ermənistan üçün “tələ” olduğunu bildirib.
“Bu, bir tələdir, biz bunu dəfələrlə bəyan etmişik. Bu, müstəqil Ermənistan üçün qurulmuş tələdir. Məqsəd Ermənistanın heç vaxt tam müstəqil olmaması idi. Eyni zamanda Azərbaycan da tam müstəqil olmayacaq, daim nəzarət və təsir altında qalacaqdı”, – deyə o vurğulayıb.
Simonyan əlavə edib ki, Qarabağ artıq bağlanmış mövzudur və Ermənistan bu məsələyə yenidən qayıtmamalıdır:
“İnanıram ki, biz bunu artıq bəyan etmişik, Qarabağ bağlıdır və bu məsələyə bir daha qayıtmamalıyıq. Bu, yeganə düzgün yoldur”, – deyə parlament sədri bildirib.
O, həmçinin “tarixi Ermənistan” ideyasının axtarışının az qala “real Ermənistan”ın itirilməsinə gətirib çıxardığını qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar