Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Xameneinin yaralanması ilə bağlı bəzi detallar ilk dəfə açıqlandı

Tarix: 09-05-2026 21:16     Baxış: 3128 A- / A+


İranın yeni ali lideri Müctəba Xameneinin hava zərbəsi nəticəsində aldığı yaralar, demək olar ki, tam sağalıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Ərəbi" hökumət müşavirələrinin koordinatoru Məzahər Hüseyniyə istinadən məlumat yayıb.
Məlumata görə, İranın yeni lideri fevralın 28-də İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi birgə hərbi əməliyyat zamanı yaralanıb. Həmin hücum nəticəsində onun atası - İranın rəhbəri Əli Xamenei və həyat yoldaşı ölüblər.
İran rəsmisinin sözlərinə görə, partlayış dalğasının təsiri ilə Müctəba Xamenei yerə yıxılıb və dizindən, bel nahiyəsindən, eləcə də qulağının arxa hissəsindən yüngül xəsarətlər alıb.
Məzahər Hüseyni bildirib ki, onun belindəki zədə artıq sağalıb, dizindəki problemin isə yaxın vaxtlarda tam aradan qalxacağı gözlənilir. Qulağının arxasında yaranan kiçik kəsiyin əmmaməyə görə görünmədiyi qeyd olunub.
"Voll Strit Jurnalı" vurğulayıb ki, bu, İran hakimiyyətinin yeni ali liderin yaralanması ilə bağlı detalları ilk dəfə açıq şəkildə paylaşdığı haldır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar