Xəbər lenti
Bu kəndə köçənlərə 88 min manat verəcəklər - FOTOLAR

İtaliyanın açıqcalara bənzəyən orta əsr kəndi olan Santo Stefano di Sessanio azalan əhali probleminin qarşısını almaq üçün yeni sakinlərə maliyyə dəstəyi verməyə hazırlaşır.
Manevr.az xəbər verir ki, hazırda cəmi 115 nəfərin yaşadığı kəndə köçənlər üçün ümumi dəyəri 44 min avroya çatan (təxminən 88 min manat) dəstək paketi təqdim olunur.
Abruzzo bölgəsində yerləşən bu tarixi yaşayış məntəqəsi yalnız möhtəşəm mənzərəsi ilə deyil, həm də təklif etdiyi imkanlarla diqqət çəkir. Yerli bələdiyyə iqtisadiyyatı canlandırmaq və kəndə yeni həyat gətirmək məqsədilə müxtəlif güzəştlər elan edib.
Təklif olunan dəstək paketinə 3 il ərzində hər il 8 min avroya qədər maddi yardım (ümumilikdə 24 min avro), kənddə biznes qurmaq istəyənlərə 20 min avroya qədər birdəfəlik subsidiya və bələdiyyəyə məxsus evlərin çox aşağı qiymətlərlə kirayəyə verilməsi daxildir.
Kənd dünyada "yayılmış hotel" modeli ilə tanınır. Bu sistemdə bərpa olunan tarixi evlər hotel otaqları kimi istifadə edilir və turistlərə fərqli təcrübə təqdim olunur.
Dəniz səviyyəsindən 1250 metr yüksəklikdə, "Gran Sasso and Monti della Laga National Park" ərazisində yerləşən kənd orta əsr atmosferini bugünədək qoruyub saxlayır.
Proqramdan yararlanmaq istəyənlər üçün əsas şərtlər 18-40 yaş arasında olmaq, İtaliya və ya Avropa İttifaqı vətəndaşı olmaq, yaxud Aİ-də uzunmüddətli yaşayış icazəsinə sahib olmaq, ən azı 5 il kənddə yaşamaq və peşə fəaliyyəti ilə məşğul olmaqdır.
Layihə çərçivəsində xüsusilə turizm, kiçik ticarət və yerli xidmət sahələrində çalışacaq şəxslərə üstünlük veriləcəyi bildirilir.qafqazinfo






Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































