Xəbər lenti
“O dünya”dan gələn alim danışdı: Eşidənlər heyrət içində - Orada...
İnqrid ilk dəfə bu hissi 2 yaşında buzlu suya yıxılarkən, ikinci dəfə 25 yaşında motosiklet qəzasında, sonuncu dəfə isə 52 yaşında cərrahiyyə masasında yaşayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrində və NASA-da çalışmış alim qeyd edir ki, can verən anlarda onda panika deyil, sonsuz bir sakitlik yaranıb: "Mən cansız bədənimə kənardan baxırdım. Şüur zamanın və qorxunun olmadığı təmiz bir işıq sahəsinə çevrilmişdi. Orada həyatla tam bir vəhdət hiss edirdim".
İnqridin sözlərinə görə, o, həmin vəziyyətdə anası ilə zehni olaraq əlaqə qura bilib. Maraqlıdır ki, sonradan onun və anasının həmin anla bağlı xatirələri tamamilə üst-üstə düşüb.
NASA əməkdaşı o dünyada sözsüz ünsiyyət quran "İşıq varlıqları" ilə rastlaşdığını da iddia edir. Bu qeyri-adi təcrübələr onu reallığı araşdırmaq üçün elm sahəsinə yönəldib. İnqrid əmindir ki, elm və mənəviyyat bir-birinə zidd deyil, şüur isə bədən öldükdən sonra da mövcud olmağa davam edir.
Alim artıq ölümdən qorxmadığını və bunu reallığın daha dərin qatına keçid adlandırdığını bildirib. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































