Xəbər lenti
Putin Kiyevin PUA hücumunun qarşısını ala bilməyən generalını işdən qovdu

Kiyevin PUA hücumları qarşısında aciz qalan və bu istiqamətdəki uğursuz fəaliyyətinə görə Prezident Vladimir Putin Rusiyanın hava hücumundan müdafiə komandanını vəzifəsindən çıxarıb.
Rusiya Prezidenti Vladimir Putin hava hücumundan müdafiə və raketdən müdafiə qüvvələrini əhatə edən Rusiya Aerokosmik Qüvvələrinin komandanını dəyişdirib.
Manevr.az “rbc”ya istinadən xəbər verir ki, 2023-cü ildən bəri Aerokosmik Qüvvələrə rəhbərlik edən general Viktor Afzalovu tutduğu vəzifədən azad edib.
Putin ölkənin hava müdafiəsinin dəf edə bilmədiyi bir sıra dron hücumlarından sonra Aerokosmik Qüvvələrin hava hücumundan müdafiə və digər məsələlərdən məsul olan qüvvələrin komandanını dəyişdirmək qərarına gəlib.
Belə ki, martın sonlarında Rusiyanın Baltik dənizindəki ən böyük neft limanlarına dron hücumları baş verib və nəticədə ixrac dayandırılıb. Aprel ayında Rusiyadakı neft obyektlərinə 20 dəfədən çox hücum edilib. Ən azı doqquz neft emalı zavodu vurulub və bunlardan beşi istehsalı dayandırıb. Nəticədə ölkənin neft emalı istehsalı 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.
Tuapsedəki liman və neft emalı zavodu dörd dəfə hücuma mərzu qalıb. On minlərlə ton neft və neft məhsulu yanıb, şəhərin üzərinə "neft yağışları" yağəb. Dənizə külli miqdarda mazut dağılıb. 30 apreldə belə bir hadisə Permdə təkrarlanıb. Burada Transneft saxlama çənləri və ölkədə yeddinci ən böyük neft emalı zavodu olan Permnefteorgsintez neft emalı zavoduna hücum olub.
Prezident Putin general Viktor Afzalovun yerinə general-polkovnik Aleksandr Çayko təyin edilib.
Moskva Suvorov Hərbi Məktəbinin məzunu olan 54 yaşlı Çayko 2010-cu illərin sonlarında Suriyadakı Rusiya qüvvələrinə komandanlıq edib və 2021-ci ildən Şərq Hərbi Dairəsinə rəhbərlik edir. Avropa Birliyinin məlumatına görə, Rusiya Qəhrəmanı adına layiq görülən Çayko Buça hadisələrinin iştikaçısıdır. O, Kiyev yaxınlığında mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsində ittiham olunan qrupa rəhbərlik edib. 16 mart 2026-cı ildə, faciənin dördüncü ildönümündə Brüssel Çaykoya və digər səkkiz Rusiya hərbçisinə qarşı şəxsi sanksiyalar tətbiq edib.
Dron təhlükəsi səbəbindən Kreml Moskvada Qələbə Günü paradını qısaltmaq məcburiyyətində qaldı: 2009-cu ildən bəri ilk dəfə olaraq hərbi texnika olmadan keçiriləcək. Parad ənənəvi saat yarım əvəzinə bir saatdan az davam edəcək. Dövlət Dumasının deputatları da tribunalara buraxılmayacaqlar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































