Sizin Reklam Burada
Xəbər lenti
30-04-2026
29-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda “300 min azərbaycanlı qayıdır” təşvişi – Bakıdan reaksiya

Tarix: 01-05-2026 08:36     Baxış: 330 A- / A+
Ermənistandakı gərgin seçki kampaniyasının gedişində revanşistlər azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı mövzusunu davamlı şəkildə gündəmə gətirirlər.

Ermənistanın baş naziri Nikol Paşinyanın əsas rəqibi olan Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası bu istiqamətdə daha çox canfəşanlıq edir. Dünən partiyanın sədr müavini Narek Karapetyan yenidən Qərbi Azərbaycan məsələsindən danışaraq iddia edib ki, Nikol Paşinyan 300 min azərbaycanlının Ermənistana gəlişi üçün Azərbaycan qarşısında öhdəlik götürüb. “Paşinyan Ermənistanda 300 min azərbaycanlını məskunlaşdırmaq istəyir”, deyə o, bildirib.

“Mənbələr bildirirlər ki, Paşinyan azərbaycanlıların Ermənistan SSR-in mövcud olduğu dövrdə kompakt məskunlaşdıqları yerlərə qaytarmaq barədə Bakı öhdəlik götürüb”. Bu iddianı isə “Facebook” hesabında “News Media”-nın baş direktoru Aram Qabrelyanov yazıb. “300 mindən çox azərbaycanlının aşağıdakı şəhər və kəndlərə köçürülməsi qərara alınıb: Axta (Kotayk) bölgəsindəki Arzakan, Geranis və Marmarik, Göyçə (Geğarkunik) bölgəsindəki Vardenis, Sotk, Ağbradzor, Tsaghkunk, Lçap və Dzovazard ( Azərbaycanın Kəlbəcər ərazisi ilə həmsərhəd olan Sevan gölü yaxınlığında), Sərdarbad (Armavir) bölgəsindəki Tsagkalandj, Qriboyedov və Haykashen, və Əştərək (Aragatsotn) bölgəsindəki Bazmaxbyur və Saralanj. Böyük Köç proqramının icrasına seçkilərdən dərhal sonra başlanacaq. Eyni zamanda, Zəngəzur (Sünik) bölgəsi üçün “Ortaq Ev” layihəsi üzrə müqavilə imzalanacaq”, Qabrielyanov əlavə edib.

N.Paşinyan isə dərhal təkzib edib və Azərbaycanla bu məsələnin müzakirə olunmadığını bildirib. Lakin bu, bir faktdır ki, Azərbaycan dövləti üçün Qərbi azərbaycanlıların ləyaqətli qayıdışı milli ideologiyaya çevrilib. Belə olduğu təqdirdə, Ermənistanın müqaviməti nə ilə nəticələnə bilər?

 Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bununla bağlı Musavat.com-a verdiyi açıqlamada deyib: “Məlum məsələdir ki, Aram Qabrilyan tərəfindən ortaya atılan bu məsələ heç vaxt Rusiyasız mümkün deyil. Yəni, Samvel Karapetan birmənalı şəkildə Rusiyanın protejsidir və onunla əlaqələndirilən siyasi qüvvələrin açıqlamaları daha çox daxili siyasi mübarizə kontekstində səslənir. Yəni, real vəziyyət elədir ki, Azərbaycan və Ermənistan arasında müzakirə mövzuları hazırda sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinə atılan addımlardır. Addımlar da məhz bu istiqamətdə atılır. Qərbi azərbaycanlıların qayıdışı mövzusu hələ heç bir danışıqda mətn kimi, mövzu kimi ortada yoxdur. Təbii ki, siyasi-diplomatik diskusiyalarda bu məsələlərə qayıdırıq, lakin praktiki və konkret olaraq icra planı hələ ki, yoxdur. Düşünürəm ki, vaxt gələcək, bu məsələ də öz həllini tapacaq”.

A.Nağıyevin sözlərinə görə, 300 minlik bir köçü reallaşdırmaq ciddi sosial-iqtisadi hazırlıqlar tələb edir: “Yaşayış yerlərinin yenidən bərpası, təhlükəsizliyin təmin edilməsi, beynəlxalq səviyyədə zəmanətlər çox ciddi hüquqi razılaşmalardan keçməlidir. Bu da sülh müqaviləsi imzalandıqdan sonra atılacaq addımların bir hissəsidir”. Ermənistanın müqaviməti ilə bu, necə nəticələnə bilər? Deputat: “Perspektivdə hər iki dövlət öz arasında bu razılığa gələrsə, məsələnin həlli mümkündür. Təbii ki, bu prosesləri ortaya atmaqla diplomatik təzyiq artırılır. Azərbaycan mövzunu beynəlxalq platformaya çıxarır, qaçqın hüquqları kontekstindən yanaşır. Vaxtaşırı separatçılar da bu proseslərdən istifadə etməyə çalışırlar. Seçkiqabağı bu kimi həssas məsələlər məqsədli şəkildə ortaya atılır. Yəni, bunların hamısına istər Avropa səviyyəsində, istər BMT səviyyəsində hüquqi çərçivədə yanaşmaq lazımdır. Bu proseslərdə istər kilsədən, istər diaspor təşkilatlarından, istər qondarma “soyqırım”ı iddialarından istifadə edilib və bu, daxili siyasi gərginliyi daha da artırmaq üçündür. Artıq daxili siyasi mübarizə təkcə bununla məhdudlaşmır və müxtəlif qüvvələr tərəfindən mütəmadi olaraq istifadə olunur”.

A.Nağıyev qeyd edib ki, rəsmi təsdiqlənmiş belə bir plan yoxdur, iddialar əsasən siyasi və informasiya xarakterlidir: “Yaxın zamanlar üçün genişmiqyaslı köç proqramının başlanması həqiqətən də real görünmür. Sülh müqaviləsi imzalandıqdan və dediyim kimi, yuxarıdakı təhlükəsizlik, sosial-iqtisadi və beynəlxalq zəmanətlər təmin edildikdən sonra bu məsələyə qayıtmaq olar. Sadəcə olaraq, bu gün bu söz mübahisəsi eyni zamanda ortaya atılmış məsələdir ki, Ermənistanda daxili gərginliyi daha da artırsınlar”. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar