Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Türkiyə sərhədindən rusları çıxarır

Tarix: 30-04-2026 23:22     Baxış: 3157 A- / A+
Ermənistanın İran və Türkiyə ilə sərhədlərini hazırda qoruyan Rusiya sərhədçilərini Ermənistan sərhədçiləri əvəz edəcək.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

Paşinyan bildirib ki, ölkənin imkanları artdıqca, sərhədin mühafizəsi tədricən yerli qüvvələrin nəzarətinə keçəcək:

"Resurslarımız artdıqca, biz tədricən sərhədin getdikcə daha çox hissəsini nəzarətə götürə bilərik".

Baş nazir qeyd edib ki, Ermənistan tərəfi göstərilən xidmətə görə Rusiya sərhədçilərinə ödəniş edir. Rusiya tərəfi bu xidmətlərin qiymətinin artırılması məsələsini qaldırıb. İrəvan rəhbərliyi isə artan vəsaiti öz sərhəd potensialının inkişafına xərcləməyin zəruri olduğu qənaətinə gəlib.

"Tədricən rusiyalı həmkarlarımız bizim üçün ağır olmayacaq məbləğlər çərçivəsində qalacaqlar, qalan sahələrə isə nəzarəti biz öz üzərimizə götürəcəyik. Bu, müqavilədə nəzərdə tutulub", - deyə baş nazir bildirib.

Fevral ayında Nikol Paşinyan Rusiya hakimiyyətinə Ermənistanın dəmir yollarının konsessiyasını (idarəetməsini) hər iki dövlətə dost olan ölkələrdən birinə satmağı təklif etmişdi. Baş nazir vurğulayıb ki, Ermənistanın Rusiyaya qarşı heç bir etirazı yoxdur, lakin mövcud idarəetmə sistemi ölkə üçün "müəyyən rəqabət itkiləri" yaradır. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar