Xəbər lenti
110 metrlik asteroid Yerə yaxınlaşır

Nəhəng asteroid mayın ilk həftəsində Yerə yaxınlaşacaq
Bu ilin aprelində aşkarlanan müvəqqəti olaraq 2026 HN1 adlandırılan asteroid mayın ilk həftəsində Yerə yaxınlaşacaq.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, NASA və onun Yerə yaxın obyektlərin öyrənilməsi mərkəzi olan CNEOS-un məlumatına görə, yaxınlaşma mayın 6-da baş verəcək.
Proqnozlara əsasən, asteroid Yer ilə Ay arasındakı məsafədən təxminən 9 dəfə uzaq məsafədən keçəcək. Kosmik cismin saniyədə 14 kilometrdən çox sürətlə hərəkət edəcəyi bildirilir. Onun diametri 49 metrdən 110 metrədək qiymətləndirilir.
Alimlər vurğulayırlar ki, hazırkı trayektoriya toqquşma təhlükəsi yaratmır. Bununla belə, bu cür obyektlərin potensial risk daşıdığı qeyd olunur. Quruya düşəcəyi halda regional miqyasda dağıntılar, okeana düşəcəyi təqdirdə isə güclü sunami yarada bilər.
Mütəxəssislər bildirirlər ki, belə obyektlərin müşahidəsi beynəlxalq təşkilatlar, o cümlədən Avropa Kosmik Agentliyi tərəfindən davam etdirilir. Orbitlər dəqiqləşdirildikcə risk ehtimalının daha da azaldığı vurğulanır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































