Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

Tarix: 29-04-2026 12:23     Baxış: 3100 A- / A+


Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib
Ukrayna ordusu Rusiyanın Orsk və Perm şəhərlərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Manevr.az apa-ya istinadla xəbər verir ki, Orsk şəhərinin meri Artyom Vorobyov hücumu təsdiqləyərək sakinləri küçəyə çıxmamağa çağırıb.
Məlumata görə, Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşən Orskda Rusiyanın ən iri neft emalı müəssisələrindən hesab olunan “Orsknefteorqsintez” zavodu dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb.
Bildirilir ki, zavod ildə təxminən 6 milyon ton neft emal edir və Rusiyanın mühüm enerji obyektlərindən biri sayılır.
Eyni zamanda, PUA-ların Rusiyanın Perm diyarına hücum etdiyi bildirilib. Perm diyarının qubernatoru Dmitri Maxoninin sözlərinə görə, bu gün Perm bələdiyyə dairəsində yerləşən sənaye sahələrindən birinə Ukraynanın pilotsuz uçuş aparatı düşüb. Belə ki, işçilər təxliyə olunub, xəsarət alan olmayıb, obyektdə isə yanğın baş verib.
O qeyd edib ki, hadisə yerində fövqəladə xidmət orqanları çalışır və regionda PUA hücumu təhlükəsi rejimi qüvvədə qalır.
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə yanğının Rusiyanın “Transneft” neft kəməri şirkətinə aid obyektdə baş verdiyi iddia olunur.
Yerli sakinlər isə Perm yaxınlığındakı Başkultayevo kəndində yerləşən sənaye meydançasında güclü yanğın baş verdiyini bildiriblər. Əraziyə çox saylı yanğınsöndürmə və təcili yardım maşınlarının cəlb edildiyi qeyd olunur.
Rusiya mediasının məlumatına görə, təhlükəsizlik məqsədilə Orsk hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Həmçinin, Perm və Yekaterinburq hava limanlarında “Kovyor” planı tətbiq olunub.

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar